"Zirə" bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Fortunamag.az xəbər verir ki, Rəşad Sadıqovun komandası saat 20:00-da "Payde" ilə üz-üzə gəlib.
Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb.
Oyunda təmsilçimiz hesabı açsa da, sonradan rəqib 1 qol vuraraq hesabı bərabərləşdirdi və ümumi hesabda önə 2:1 qalib gəldi. Nəticədə "Zirə" avrokuboklarla vidalaşdı.
Qeyd edək ki, bu cütün qalibi olan "Payde" növbəti mərhələdə "Rapid"lə (Avstriya) qarşılaşacaq.//offside
UEFA Konfrans Liqası, II təsnifat mərhələsi
20:00 "Zirə" (Azərbaycan) 1:1 "Payde" (Estoniya) (İlk oyun: 0:1)
Qol: Eren Aydın (5'), Henri Anyer (71')