10:51
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

ADA Universiteti Tarixi Qazax Müəllimlər Seminariyasında Firidun bəy Köçərlinin irsini anır

Görkəmli maarifçi, ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərlinin doğum günü artıq dördüncü ildir ki, ADA Universitetinin Qazax Mərkəzi kimi fəaliyyət göstərən tarixi Qazax Müəllimlər Seminariyasınd...

ADA Universiteti Tarixi Qazax Müəllimlər Seminariyasında Firidun bəy Köçərlinin irsini anır
Görkəmli maarifçi, ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərlinin doğum günü artıq dördüncü ildir ki, ADA Universitetinin Qazax Mərkəzi kimi fəaliyyət göstərən tarixi Qazax Müəllimlər Seminariyasında qeyd olunur. Azərbaycanın müxtəlif bölgələrindən müəllimlər müəllimlik peşəsinin nüfuzunu artırmaq və uzunmüddətli təhsil ənənələrini canlandırmaqla Seminariyanın tarixi missiyasını davam etdirmək üçün bir araya gəldilər.

Fortunamag.az ADA Universitetinə istinadən xəbər verir ki, bu ilki tədbir ADA Universitetinin 20 illik yubileyini qeyd etdiyi bir vaxtda xüsusi əhəmiyyət kəsb etdi. Universitetin müəllim heyəti bir daha Seminariyaya toplaşaraq simvolik olaraq Firidun bəy Köçərlinin intellektual irsi ətrafında birləşdi. “Firidun bəy Köçərlinin irsi: Tədris və Tədqiqatda Mükəmməlliyin Başlanğıc nöqtəsi” adlı tədbirdə ADA Universitetinin müəllim heyəti Firidun bəyin izi ilə Bakıdan Qazaxa səyahət edərək, Seminariyanı yaratmaq üçün onun Qoridən Qazaxa tarixi səyahətini əks etdirdi.

Tədbir “Azərbaycan” qəzetinin transliterasiya layihəsində iştirak edən filoloq və tərcüməçi Azad Ağaoğlunun təqdimatı ilə başladı. Onun “Firidun bəy Köçərli və Qazax Müəllimlər Seminariyası 1918-1920-ci illərdə: “Azərbaycan” qəzetində əks olunan tarixi məqalələr və qeydlər” adlı mühazirəsində Seminariyanın həmin dövrdəki roluna dair dəyərli arxiv məlumatları vurğulanmışdır. Proqram ADA Universitetinin müəllim heyətinin iştirakı ilə “Tədris və öyrənmədə innovativ yanaşmalar” və “Tədqiqat Universitetinə Doğru Yol” mövzularında panel müzakirələri ilə davam etmişdir. Müzakirələr müəllimlik peşəsinə, gələcək nəsillərin formalaşmasında təhsil işçilərinin roluna, gənclərlə effektiv əlaqəyə və ali təhsil müəssisələrində tədris və tədqiqat arasında balansın vacibliyinə yönəlmişdir. “İlin ən yaxşı dizayn edilmiş kursu” kateqoriyasında mükafatlandırılan müəllim heyəti Blackboard platformasında hazırlanmış elektron kurs səhifələrini nümayiş etdirərək rəqəmsal vasitələrin tələbələri təlim prosesinə daha effektiv şəkildə cəlb edə biləcəyi ilə bağlı ən yaxşı təcrübələri bölüşmüşlər. Tədbir çərçivəsində Qazax Müəllimlər Seminariyasının Direktorlar Şurasının üzvü Qalib Məmməd "Firidun bəy Köçərlinin və Qazax Müəllimlər Seminariyasının irsinin bərpası: Məkanla müəyyən edilmiş düşüncə tərzi" adlı təqdimatla çıxış etdi. O, ADA Universitetinin 2020-ci ildən bəri bu tarixi məkanda keçdiyi yolu əks etdirdi və Universitetin Qazax Mərkəzi üçün gələcək planlarını açıqladı. Tədbir ADA Universitetinin ənənəvi illik "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı tədqiqatçısı" və "İlin ən yaxşı dizayn edilmiş kursu" mükafatlarının təqdimatı ilə başa çatdı. Mükafatlandırma mərasimindən sonra toplantı Azərbaycan milli musiqisinin seçilmiş nümunələrindən ibarət mədəni proqramla yüksək səviyyədə başa çatdı.

Fortunamag.az

Daha çox