Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib.
Bu barədə Fortunamag.az -a Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında "Dəmirli" Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.