Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” dövlət teleradio şirkətinin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmək üçün təqdim etdiyi müraciəti rədd edib.
Fortunamag.az xəbər verir ki, təşkilatın rəsmi bəyanatında Qazaxıstanın Avropa yayım zonasından kənarda yerləşdiyi, Avropa Şurasının üzvü olmadığı və bu qurum yanında müşahidəçi statusuna malik olmadığı diqqətə çatdırılıb.
Eyni zamanda, “Avroviziya”nın direktoru Martin Qrin Rusiyanın müsabiqəyə qayıtması ilə bağlı hazırda heç bir müzakirənin aparılmadığını bəyan edib.
O vurğulayıb ki, Rusiya yarışmadan Ukraynadakı hərbi əməliyyatlara görə deyil, dövlət yayımçısı VQTRK-nın hakimiyyətdən müstəqil olmasına dair heç bir sübut təqdim edilmədiyi üçün kənarlaşdırılıb.