14:46
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“Azeri Light”ın qiyməti 100 dollara düşdü

“Azeri Light”ın qiyməti 100 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Fortunamag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,62 ABŞ dolları və ya 3,47% azalaraq 100,78 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 104,4 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Fortunamag.az

Daha çox