• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ceyhun Bayramov Pietro Parolin ilə görüşüb

26.11.2025
İnkişaf, Xəbərlər
Ceyhun Bayramov Pietro Parolin ilə görüşüb
Share on FacebookShare on Twitter

Noyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikitərəfli münasibətlərin mövcud gündəliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb, son zamanlar Azərbaycandan Müqəddəs Taxt-Taca baş tutan çoxsaylı yüksəksəviyyəli səfərlərin bunun bariz nümunəsi olduğu bildirilib.

Bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca cari ilin oktyabr ayında həyata keçirilmiş səfərinin əlaqələrimizin qarşılıqlı anlaşma və ortaq dəyərlər əsasında daha da möhkəmlənməsinə təkan verdiyi vurğulanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda həyata keçirilən mühafizə və bərpa layihələrinin humanitar sahədə əməkdaşlığımız üçün körpü rolunu oynadığı qeyd edilib.

Azərbaycan ərazisində yaşayan bütün etnik və dini icmaların hüquq və təhlükəsizliyinin təmin edildiyi bildirilib, ölkəmizin çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrindən danışılıb.

Dini etiqadların universal insani dəyərlər və qlobal həmrəyliyin təşviqindəki mühüm roluna toxunulub, bu çərçivədə dinlərarası dialoqun daha da dərinləşdirilməsinin, eləcə də mədəni-humanitar sahədə müştərək layihələrin təşviqinin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda dostluq və anlaşma əlaqələrinin gücləndirilməsinə töhfə verdiyi ifadə olunub.

Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.