• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Yalçın Rəfiyev BƏƏ naziri ilə

28.11.2025
İnkişaf, Xəbərlər
Yalçın Rəfiyev BƏƏ naziri ilə
Share on FacebookShare on Twitter

Əbu-Dabi şəhərində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, sözügedən komitə cari il sentyabrın 16-da BƏƏ Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamədən irəli gələrək yaradılıb. İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə Xarici İşlər Nazirliyində dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

İclasın formatına uyğun olaraq, ilk növbədə, həmin komitənin tərkibindəki siyasi və diplomatik, iqtisadi, humanitar, müdafiə və hüquq-mühafizə, habelə enerji və dayanıqlılıq üzrə alt komitələrin görüşləri baş tutub. Bu çərçivədə aparılmış müzakirələr zamanı müvafiq istiqamətlər üzrə mövcud əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə dair təkliflər və mümkün layihələr nəzərdən keçirilib.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş baş tutub. Daha sonra həmsədrlərin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələrinin, habelə hər iki ölkənin səfirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, alt komitələrin həmsədrləri irəli sürülmüş təkliflər və layihələr barədə məlumat veriblər. Həmsədrlər konkret nəticələrin əldə olunması məqsədilə müvafiq işlərin aparılması, o cümlədən yol xəritəsi və iş planlarının razılaşdırılaraq qəbul edilməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Bununla yanaşı, növbəti görüşlərin və ümumilikdə komitənin işinin modallıqları və təqvimi müəyyənləşdirilib.

İclas zamanı son dövrlər ərzində Azərbaycan-BƏƏ əlaqələrinin dinamik inkişafından böyük məmnunluq ifadə olunub. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.