• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

“Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına və həssas qruplar üçün iş yerlərinin yaradılmasına daha bir dəstək

28.01.2026
İnkişaf, Xəbərlər
“Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına və həssas qruplar üçün iş yerlərinin yaradılmasına daha bir dəstək
Share on FacebookShare on Twitter

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına, habelə həssas qruplar üçün iş yerlərinin yaradılmasına dəstək məqsədli daha bir pilot layihəyə başlanıb.

Fortunamag.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” adlı layihə özünüməşğulluq proqramının genişlənməsində mühüm rol oynayan “Məşğulluğa Dəstək Layihəsi” üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarları əhatə edir.

Onların işə qəbul etdikləri işçilərin əməkhaqlarının, habelə bununla bağlı işəgötürən və  və işçi tərəfindən ödənilməli olan vergi və digər sosial ayırmaların ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Bu günlərdə Qubada yeni layihə barədə məlumatlandırma tədbiri olub. Layihənin məqsədləri və icra prosesi barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, bu pilot layihə həmçinin benefisiarlarda artıq işəgötürən təfəkkürü və təcrübəsinin formalaşmasına şərait yaratmağı hədəfləyir. Habelə onların işə qəbul etdikləri şəxslərlə ilk 6 aydan sonrakı dövrdə də əmək münasibətlərini davam etdirmələri nəzərdə tutulur.   

Tədbirdə yeni layihəyə cəlb edilən Qusar şəhər sakinləri  – özünüməşğulluq proqramı üzrə “Un məmulatlarının istehsalı” zərfi üzrə kiçik biznesini qurmuş Aygün Hacımuradova və “Mebel sexi” zərfi üzrə kiçik biznesini qurmuş Vadim Rzayevlə əməkdaşlıq müqavilələri imzalanıb.

Onlarla və layihəyə cəlb olunacaq digər iştirakçılarla müvafiq prosedur əsasında işlər aparılacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.