• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir keçirilib

09.05.2026
İnkişaf, Xəbərlər
8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş tədbir keçirilib
Share on FacebookShare on Twitter

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 8 may – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilir.

Fortunamag.az xəbər verir ki, İSİM-də 7 may 2026-cı il tarixdə təşkil edilən tədbirdə dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatları (QHT), kütləvi informasiya vasitələri (KİV), vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, talassemiyalı şəxslər və onların ailə üzvləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi cəmiyyətin talassemiya barədə məlumatlılığının artırılması, xəstəliyin irsi xüsusiyyətləri və gənclər arasında nikahdan əvvəl tibbi müayinələrin vacibliyinin təşviqi, habelə qan donorluğunun təbliği və bu xəstəliklə yaşayan şəxslərə göstərilən sosial-tibbi dəstəyin gücləndirilməsinə diqqət çəkilməsidir. Çıxışlarda talassemiya ilə mübarizə sahəsindəki xüsusi dövlət qayğısı, icra olunan dövlət proqramlarının xəstəliyin mənfi təsirlərinin azaldılmasında və səhiyyə sisteminin bu sahədəki fəaliyyətinin effektivliyinin yüksəlməsində mühüm rolu vurğulanır. Həmçinin hər il bütün dünyada qeyd edilən 8 may – Beynəlxalq Talassemiya Gününün bu il “Heç kim kölgədə qalmasın – diaqnozsuz qalanları aşkar etmək və diqqətdən kənarda qalanlara dəstək üçün qlobal çağırış» şüarı altında keçirildiyi diqqətə çatdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın xəstəliyin profilaktikasının gücləndirilməsinə, geniş maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı şəxslərə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldiyi qeyd olunaraq, həyata keçirilən məqsədyönlü fəaliyyətlərdən söz açılıb.
Talassemiya ilə yaşayanlara dəstək və müalicə proqramları, vətəndaş cəmiyyətinin fəallığı, erkən diaqnostika, genetik maarifləndirmə və profilaktik tədbirlər xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Tədbirin ikinci hissəsində ictimai müzakirələr keçirilib. İştirakçılar şəxsi təcrübələrini bölüşərək mövcud çətinliklər, tibbi xidmətlərə çıxış və sosial dəstək mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.