• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

ADAU-da gənclərə çağırış: Narkomaniyaya yox de, sağlam gələcəyi seç!

13.04.2026
Xəbərlər
ADAU-da gənclərə çağırış: Narkomaniyaya yox de, sağlam gələcəyi seç!
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, gənclərin sağlam, təhlükəsiz və şüurlu həyat tərzi seçməsi cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. O, narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və sosial həyatına ciddi zərər vurduğunu vurğulayaraq, bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru Rəşad Musayev və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Sərvan Axundov narkotiklərlə mübarizə istiqamətində görülən tədbirlər, hüquqi məsuliyyət və real həyat təcrübələri barədə məlumat veriblər.

Daha sonra Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi Sevinc Hüseynova və Əczaçılıq kafedrasının assistenti Samirə Quliyeva narkotik vasitələrin insan orqanizminə təsiri, asılılıq yaradan mexanizmlər və bu maddələrin yaratdığı fəsadlar barədə ətraflı təqdimatla çıxış ediblər.

Görüş interaktiv müzakirə formatında davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara narkomaniyaya qarşı mübarizənin hər bir fərdin və bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifə olduğu bir daha xatırladılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.