• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

ADNSU-nun nəzdində Süni İntellekt İnstitutu yaradılır

29.01.2026
İnkişaf, Xəbərlər
ADNSU-nun nəzdində Süni İntellekt İnstitutu yaradılır
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Süni İntellekt İnstitutu yaradılır. Bununla bağlı qərar universitetin Elmi şurasının iclasında qəbul edilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, yeni institutun yaradılması Azərbaycan Respublikasında süni intellektin inkişafına dair milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına elmi dəstəyin təmin edilməsi məqsədi daşıyır. İnstitut milli təhlükəsizliyin və texnoloji suverenliyin möhkəmləndirilməsinə, insan kapitalının qorunmasına, dövlət idarəetməsində səmərəliliyin artırılmasına, həmçinin iqtisadi və sənaye inkişafına töhfə verməyi hədəfləyir.

Süni İntellekt İnstitutu ölkədə bu sahə üzrə fundamental və tətbiqi elmi tədqiqatların sistemli şəkildə aparılmasını təmin etməklə yanaşı, akademiya–sənaye əməkdaşlığının gücləndirilməsini də əsas məqsədlərdən biri kimi müəyyənləşdirir.

İnstitut ADNSU-nun nəzdində fəaliyyət göstərən, fundamental və tətbiqi tədqiqatları birləşdirən elmi mərkəz kimi formalaşdırılır. Burada süni intellekt üzrə milli prioritet istiqamətlərdə davamlı və strukturlaşdırılmış tədqiqat mühiti yaradılacaq, real sənaye və dövlət problemlərinin elmi əsaslarla həlli üçün effektiv mexanizmlər qurulacaq.

Süni İntellekt İnstitutunun əsas tədqiqat istiqamətlərinə kompüter görməsi və robototexnika, təbii dil emalı (xüsusilə Azərbaycan dili üçün böyük dil modellərinin hazırlanması), təhlükəsiz və məsuliyyətli süni intellekt sistemləri, təkamül hesablamaları və statistik öyrənmə sahələri daxildir. Bu istiqamətlər üzrə sənaye, kənd təsərrüfatı, nəqliyyat, istehsalat və digər sahələr üçün tətbiqi həllərin və prototiplərin hazırlanması nəzərdə tutulur.

İnstitut çərçivəsində akademik və sənaye tərəfdaşları ilə birgə layihələrin icrası, elmi nəticələrin real sistemlərə tətbiqi, həmçinin süni intellekt texnologiyalarının etik, hüquqi və təhlükəsizlik aspektləri baxımından qiymətləndirilməsi həyata keçiriləcək. ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutu ölkədə süni intellekt ekosisteminin inkişafında mühüm elmi platforma kimi çıxış edərək, Azərbaycanın bu sahədə regional və beynəlxalq mövqeyinin gücləndirilməsinə töhfə verəcək.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.