Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib
Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət miqyası genişlənib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının Qurultayında Nəzarət-Təftiş Komissiyasının hesabatını təqdim edən Komissiyanın sədri Zakir Naziyev məlumat verib.
O bildirib ki, Şuranın fəaliyyəti çərçivəsində görkəmli elm və incəsənət xadimləri, tanınmış ziyalılar və ölkə qarşısında xüsusi xidmətləri olan ağsaqqallarla görüşlər təşkil olunub, onların yubileyləri qeyd edilib. Eyni zamanda, əlamətdar günlərdə şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşlər keçirilib, onlara imkan daxilində dəstək göstərilib.
O da qeyd edilib ki, Azərbaycan Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Bakıda “Heydər Əliyev və Müasir Türk Dünyası” mövzusunda geniş beynəlxalq elmi-praktik konfrans təşkil olunub, həmçinin respublikanın şəhər və rayonlarında silsilə tədbirlər keçirilib.
Fortunamag.az
