• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib

23.04.2026
SİYASƏT, Xəbərlər
Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib
Share on FacebookShare on Twitter

Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultayda Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir öz işinə başlayıb.

Əvvəlcə Şuranın sədri Eldar Quliyev Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayına ünvanladığı təbrik məktubunu oxuyub.

Qurultayın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Eldar Quliyev Şuranın 5 illik fəaliyyətinə dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qurultayda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademik Ziya Səmədzadə, professorlar Aqiyə Naxçıvanlı və Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, gənc fəal, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları çıxış ediblər.

Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər.

Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvü milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmir.

Natiqlər ağsaqqalların və ziyalıların daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.

Qurultayda daha sonra təşkilati məsələlərə baxılıb. Səsvermə yolu ilə professor Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.

Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub. Həmçinin Qurultay nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Bununla da Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı öz işini yekunlaşdırıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.