• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

AIDA ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

22.04.2026
SİYASƏT, Xəbərlər
AIDA ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Share on FacebookShare on Twitter

Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində BMT-nin Baş katibinin müavini və UNESCAP-ın icraçı katibi Armida Salsiah Alişahbana ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu xüsusi vurğulanıb. Ölkəmizin 2023-cü ildə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunmuş Zirvə Görüşünə sədrliyi, həmçinin 2024-cü ildə COP29-a uğurlu ev sahibliyi qeyd olunub.

Görüş zamanı UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarına toxunularaq, Orta Dəhliz çərçivəsində əməkdaşlığın strateji əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə UNESCAP arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.