• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Akademik Zərifə Əliyevanın xatirəsi Ukraynanın İrpen şəhərində anılıb

15.04.2026
SİYASƏT, Xəbərlər
Akademik Zərifə Əliyevanın xatirəsi Ukraynanın İrpen şəhərində anılıb
Share on FacebookShare on Twitter

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 41-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbir iştirakçıları tərəfindən əvvəlcə Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzülüb, əziz xatirəsinə ehtiram ifadə olunub.

Daha sonra İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyində akademikin xatirə muzeyi ziyarət edilib.

Səfir Seymur Mərdəliyev bildirib ki, akademik Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.

Kiyev vilayətinin Buça rayon Şurasının deputatı Roman Baxtiqareyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Zərifə Əliyevə nəinki Azərbaycanda, həm də Ukraynada tanınan şəxsiyyətdir: “Mən vaxtilə Azərbaycanda yaşamışam və o vaxtlar Heydər Əliyevlə görüşmək şərəfinə nail olmuşam. Zərifə Əliyevə Azərbaycan və Ukrayna xalqları arasında dostluq simvoludur. Biz ukraynalılar da Zərifə Əliyevanı böyük məhəbbətlə anırıq”.

İrpen şəhər Dövlət Vergi Universitetinin prorektoru Artyom Bulqari açıqlamasında bildirib ki, hər il olduğu kimi İrpendə Zərifə Əliyevanın xatirəsi anılır: “Zərifə Əliyeva Azərbaycan xalqının böyük şəxsiyyətidir. Azərbaycan və Ukrayna xalqları həmişə öz tanınmış şəxsiyyətlərini birgə anırlar. Sevincimizi və kədərimizi birgə bölüşürük. Azərbaycan dövlətinin İrpenə göstərdiyi dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.