Aleksey Overçuk: Azərbaycan İrandan 500-dən çox Rusiya vətəndaşının təxliyəsinə dəstək göstərib
Azərbaycan tərəfi İrandan Rusiya vətəndaşlarının təxliyəsi zamanı operativ və səmərəli dəstək göstərib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.
Aleksey Overçuk qeyd edib ki, Azərbaycanın koordinasiyalı fəaliyyəti nəticəsində 500-dən çox Rusiya vətəndaşı təhlükəsiz şəkildə təxliyə olunub. Eyni zamanda ,dərman vasitələri və ərzaq məhsullarının çatdırılması təmin edilib.
O, Azərbaycan tərəfinin göstərdiyi çevik reaksiyanı yüksək qiymətləndirib və bunu ikitərəfli humanitar əməkdaşlığın mühüm nümunəsi adlandırıb.
Fortunamag.az
