• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Aleksey Overçuk: Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir

17.04.2026
SİYASƏT, Xəbərlər
Aleksey Overçuk: Rusiya Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir
Share on FacebookShare on Twitter

Rusiya iş dünyası Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq və inkişaf layihələrinə ciddi maraq göstərir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.

“Biz Rusiya biznesini burada həyata keçirilən yaradıcı layihələrdə daha fəal iştiraka yönləndiririk. Mövcud əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar yaradır. Rusiya biznesinin və regionlarının azad edilmiş ərazilərdə fəaliyyəti üzrə uğurlu nümunələri mövcuddur. Bu çərçivədə Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin maliyyə dəstəyi ilə Zəngilan rayonunun kəndlərində uşaq bağçalarının tikintisi həyata keçirilir. Bu layihələr iki ölkə arasında humanitar və regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Humanitar və mədəni əlaqələr də inkişaf edir. 27 martda Dərbənddə Azərbaycan Musiqili Dram Teatrının yenidən açılışı olub”, – deyə Aleksey Overçuk vurğulayıb.

Təhsil sahəsində də əməkdaşlığın genişləndiyini deyən Overçuk Azərbaycanda rus dilindən geniş istifadə olunduğunu sözlərinə əlavə edib: “Tərəflər bu istiqamətdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər. Rusiya, həmçinin Azərbaycanı yeni yaradılmış beynəlxalq rus dili təşkilatına qoşulmağa dəvət edir. Bundan əlavə, birgə universitet layihələrinin həyata keçirilməsi, məktəblərin qurulması və “xaricdə rus müəllimi” proqramının genişləndirilməsi təklif olunur”, – deyə Rusiya Baş nazirinin müavini əlavə edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.