• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub

27.04.2026
Xəbərlər
Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub
Share on FacebookShare on Twitter

Altıncı “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə ümumi biliklər üzrə sınaq imtahanı ilə start verilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sınaq imtahanının keçirilməsində əsas məqsəd iştirakçıların imtahan sistemi, sual formatları və texniki proseslə əvvəlcədən tanış olmalarına şərait yaratmaq olub.

İmtahan “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları” və “Müasir trendlər” istiqamətləri üzrə təşkil edilib. Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. İmtahan saat 11:00-da başlayıb və 90 dəqiqə davam edib. Sınaq imtahanına 6747 nəfər iştirakçı qoşulub.

Sınaq imtahanına qoşula bilməyən iştirakçıların diqqətinə çatdırılıb ki, imtahan başa çatdıqdan sonra 24 saat ərzində şəxsi kabinet vasitəsilə imtahan platformasına keçid edərək suallarla tanış olmaları tövsiyə edilir.

Qeyd edək ki, ümumi biliklər üzrə əsas imtahan mayın 2–3-də keçiriləcək. Əsas imtahanda minimum 60 bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Ötən illərdən fərqli olaraq, bu il onlayn mərhələnin ümumi biliklər imtahanında bir sıra yeniliklər tətbiq edilib. Belə ki, hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli suallardan ibarətdir. Açıq tipli sualların 6-sı seçim, 4-ü isə boşluq doldurma formatındadır. Qapalı suallar arasında audio formatında təqdim olunan suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı bloklarda suallar ardıcıl şəkildə cavablandırılır və bloklar daxilində əvvəlki suallara geri qayıtmaq mümkün olmur. Bu səbəbdən iştirakçıların hər sualı diqqətlə oxuyaraq cavablandırmaları vacibdir.

İmtahan günü iştirakçıların texniki suallarının operativ cavablandırılması məqsədilə “Yüksəliş” müsabiqəsi üzrə “1820” Çağrı Mərkəzi, sosial şəbəkə hesabları və info@yukselish.az elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Eyni zamanda, həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ qaydada baxılaraq cavablandırılıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.