• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib

01.05.2026
SİYASƏT, Xəbərlər
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası təqdim edilib
Share on FacebookShare on Twitter

Mayın 1-də Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olunub.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, “müharibə əsirləri” kimi təqdim edilən erməniəsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

“Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.

Görüşdə Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.