• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

08.05.2026
Xəbərlər
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər
Share on FacebookShare on Twitter

Strasburq Universitetində “Azərbaycanlıların Avropada akademik elmi fəaliyyəti və universitetlərarası əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Strasburq Universiteti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və Fransa–Azərbaycan Universitetinin (UFAZ) təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı təmsil edib. Fransa–Azərbaycan Universitetinin direktoru (UFAZ) dosent Vazeh Əsgərov isə konfransa onlayn formatda qoşulub.

Tarixi elmi əlaqələr və yeni əməkdaşlıq perspektivləri

Konfransın açılışında çıxış edən Strasburq Universitetinin prorektoru professor Jan-Mark Planeks XIX əsrin ortalarında ilk azərbaycanlı tələbə Mövsüm Xanlarovun kimya üzrə elmi dərəcə alması ilə başlayan Strasburq–Azərbaycan elmi əlaqələrinin bu gün daha yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanlı qonaqları salamlayaraq, konfransın gələcəkdə yeni elmi və təhsil əməkdaşlıqlarına yol açacağına inandığını bildirib.

Məruzələr və elmi müzakirələr

Konfrans çərçivəsində professor Solmaz Rüstəmova-Tohidi “Azərbaycanlıların Avropa universitetlərində təhsili – tarixi-faciəvi proses, yaxud gələcəyə açılan perspektivlər (1850–1950-ci illərə bir baxış)” mövzusunda məruzə ilə çıxış edib. Professor Hamlet İsaxanlı “Universitet araşdırmaları uzaq Şərq və uzaq Qərb arasında. Azərbaycandan nəzər” mövzusunda çıxış edərək Azərbaycan elmi düşüncəsinin beynəlxalq akademik məkanla əlaqələrini şərh edib. Dosent Vazeh Əsgərov isə “Universitet əməkdaşlığı və elmi inteqrasiya: Azərbaycan və Avropa arasında UFAZ nümunəsi” mövzusunda məruzə təqdim edib.

Tədbirdə, həmçinin Strasburq Universitetinin alimləri — Samim Akkönül, Stefan de-Tapia, Dilek Sarmış, Tamerlan Quliyev və Didier Frankfort Avropa ali təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

İren Melikoffun xatirəsinə həsr olunan iclas

Konfrans iclasları Strasburq Universitetinin görkəmli azərbaycanlı alim, məşhur türkoloq və Azərbaycanın böyük dostu mərhum İren Melikoffun adını daşıyan ən böyük amfiteatrda keçirilib. İclaslardan biri onun xatirəsinə həsr olunub. Fransız türkoloqu Stefan de-Tapia və İren Melikoffun qızı Şirin Melikoffun çıxışları, eləcə də nümayiş etdirilən arxiv materialları və filmlər Azərbaycan–Fransa elmi əlaqələrinin artıq 1990-cı illərdən etibarən yenidən canlandığını təsdiqləyib.

Konfransın fransalı təşkilatçıları tərəfindən azərbaycanlı alimlərin şərəfinə təşkil edilmiş şam yeməyində Strasburq Universitetinin rektoru professor Frederik Berro və prorektor professor Jan-Mark Planeks iştirak ediblər.

Görüş zamanı azərbaycanlı alimlər Hamlet İsaxanlı və Solmaz Rüstəmova-Tohidi ilə Strasburq Universitetinin nümayəndələri arasında təhsil və akademik tədqiqat sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.