• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

14.04.2026
Mədəniyyət, Xəbərlər
Azərbaycan Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur
Share on FacebookShare on Twitter

Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi İtaliyanın Bolonya şəhərində işinə başlayıb. Dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən biri hesab edilən bu beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz milli stendlə təmsil olunur.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edir. Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları – “Libra Kitab”, “Qələm”, “3 alma”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Aspoliqraf”, “Altun Kitab”, “Qanun”, “Ting”, “Səbat” və “Radius” tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirir. Bu görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Eyni zamanda, nümayəndə heyəti Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə görüş keçirərək uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Aprelin 16-dək davam edəcək sərgi müddətində Azərbaycan müəlliflərinin kitab təqdimatları, eləcə də yerli nəşriyyatların beynəlxalq tərəfdaşlarla görüşləri davam etdiriləcək.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.