• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22.05.2026
Xəbərlər
Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib
Share on FacebookShare on Twitter

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May – Beynəlxalq Çay Günü ilə əlaqədar təşkil etdiyi tədbirdə təmsil olunub.

Fortunamag.az xəbər verir ki, “Çay sənayesini davamlılığını təmin etmək, yerli icmaları dəstəkləmək” şüarı ilə keçirilən builki tədbirdə çayın mədəni irsə və aqroərzaq sistemlərinin dayanıqlığına verdiyi töhfələr, eyni zamanda, çay yetişdirən icmaların əhəmiyyəti vurğulanıb.

FAO-nun Baş direktoru Qu Donqyu tədbirdə çıxış edərək bildirib ki, bu gün adi bir gün deyil, həm də həyatı çayla bağlı olan insanların, mədəniyyətlərin, adət-ənənələrin və icmaların günüdür.

Baş direktor çayın nəsillər boyu ailələri, qonşuları, dostları və xalqları bir araya gətirdiyini, sadəcə bir məhsul deyil, daha böyük dəyər kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, çayçılıq xüsusilə kənd yerlərində yaşayan milyonlarla insan üçün mühüm gəlir mənbəyidir. Qu Donqyu çıxışında digər ölkələrlə yanaşı, Azərbaycanda da bu sektorun inkişaf etdiyini və artıq illərdir ki, ölkəmizin FAO-dakı bu təşəbbüsdə aktiv iştirak etdiyini bildirib.

Sərgidə təqdim olunan Azərbaycan çayları, balları, mürəbbələri, milli şirniyyatları və quru meyvələri iştirakçıların böyük marağına səbəb olub. FAO-nun Baş direktoru Azərbaycan stendi ilə tanış olub, milli təamlardan dadıb.

Xatırladaq ki, 2019-cu ildə BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib və FAO-da silsiləvi təbdirlər 2020-ci ildən keçirilir. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsi tədbirində Azərbaycanla yanaşı, Türkiyə, Çin, Kanada, Rusiya, Şri-Lanka, İndoneziya, Keniya milli stendlərlə iştirak edib, Çinin Haynan əyalətindən olan Vucişan Yağış Meşəsi Uşaq Xoru musiqi nömrələri ifa edib, İndoneziyanın ənənəvi Angklung musiqisi təqdim olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.