• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir

15.05.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb. Tərəflər Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək siyasi iradəsi sayəsində münasibətlərin daha da genişləndiyini, strateji tərəfdaşlığın məzmun etibarilə yeni mərhələyə yüksəldiyini və hazırda ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu bildiriblər.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Parlamentlərimizin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Qanunverici orqanların rəhbərləri və deputatlar səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlər bu sahədə münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə, həmçinin İkinci Asiya Qadınlar Forumunun dost və qardaş ölkə Özbəkistanda yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, bu tədbirin qadınların siyasi, iqtisadi, ictimai həyatda daha fəal iştirakının təşviqinə yönəlmiş təşəbbüslərin daha geniş platformada həyata keçirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.