• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

17.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir
Share on FacebookShare on Twitter

Aprelin 16-da mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Nazir Adil Kərimli bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr Prezident İlham Əliyev və Prezident Sadır Japarovun rəhbərliyi altında ildən-ilə inkişaf edir. Qeyd olunub ki, son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin səfərləri və müxtəlif sənət layihələri əməkdaşlığı daha da möhkəmləndirir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanda dahi qırğız yazıçısı Çingiz Aytmatov zəngin yaradıcılığına həmişə böyük rəğbət olub. Onun əsərləri əsasında hazırlanan teatr tamaşaları maraqla qarşılanıb. Vurğulanıb ki, 2024-cü ilin aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib.

Bildirilib ki, Çingiz Aytmatovun 100 illik yubileyi Türk dünyasında, o cümlədən Azərbaycanda geniş qeyd olunur. Görkəmli yazıçı bütün insanlığı düşündürən dəyərli əsərlər qələmə alıb və onun irsi əbədi yaşayacaq.

Səmimi qəbula görə təşəkkür edən Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev iki ölkə arasında mədəni əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını deyib. Dövlət katibi Qırğız Milli Filarmoniyası tərəfindən hazırlanan “Cəmilə” müziklinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdimatına yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov da iştirak edib.

Qeyd edək ki, Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev, mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və başqa şəxslərdən ibarət nümayəndə heyəti dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubiley tədbirləri çərçivəsində Toktokul Satılqanov adına Qırğız Milli Filarmoniyası tərəfindən hazırlanan “Cəmilə” müziklinin təqdimatı münasibətilə Azərbaycana gəliblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.