• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan muğamı Almaniyanı fəth edir

17.04.2026
Mədəniyyət, Xəbərlər
Azərbaycan muğamı Almaniyanı fəth edir
Share on FacebookShare on Twitter

Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Almaniyada silsilə muğam konsertləri ilə çıxış edirlər.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihə Azərbaycan muğam sənətinin beynəlxalq səviyyədə təbliği və mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

Aprelin 13-dən başlayan konsert proqramları aprelin 30-dək davam edəcək. Konsertlər Almaniyanın bir neçə şəhərində olmaqla yanaşı Belçikanın paytaxtı Brüssel və Niderlandın Leyden şəhərlərində də təşkil olunacaq. Tədbirlər çərçivəsində dinləyicilərə klassik muğam nümunələri ilə yanaşı, xalq musiqisinin inciləri də təqdim ediləcək. Proqramın əsas məqsədi muğamın zənginliyini və Azərbaycan milli musiqisinin emosional dərinliyini xarici auditoriyaya çatdırmaqdır.

Qeyd edək ki, bu cür beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Konsertlər Almaniyanın Köln şəhərində fəaliyyət göstərən “Klanqkosmos” mədəni layihələrinin təşkili platforması tərəfindən reallaşacaq.

Bu platforma dünyanın beş qitəsindən 130-dan çox musiqi kollektivlərini bir araya gətirərək mədəni müxtəlifliyin musiqi sahəsini təqdim edir. Artıq 26 ildir ki, hər il dörd həftə ərzində keçirilən konsertlərdə dünyanın müxtəlif regionlarından olan musiqiçilər öz mədəniyyətlərini təbliğ etmək məqsədilə Almaniya, Belçika və Niderlandda konsertlər, ustad dərsləri və mühazirələrlə çıxış edirlər. Layihə müxtəlif mədəniyyətləri təmsil edən musiqiçilər arasında əlaqələr yaratmaq, fikir mübadiləsi aparmağa imkan yaradır.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanı bu layihədə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə və solist, Əməkdar artist Kamran Kərimov təmsil edib. Sənətkarlar müxtəlif şəhərlərdə 10 konsert proqramı və 5 ustad dərsi ilə çıxış ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.