• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

30.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023– 2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün «İdarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC — Governance, Risk, Compliance)» üzrə təlim kursu keçirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin «CyberCollab» layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqinə dəstək verməkdir.

Təlim proqramı müddətində iştirakçılara GRC istiqamətinin əsas prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları, normativ tələblərə uyğunluğun təmin edilməsi, eləcə də təşkilati səviyyədə kiberrisklərin effektiv idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən təlim kursu zamanı nəzəri biliklərlə yanaşı, real iş mühitinə uyğun ssenarilər əsasında iştirakçıların peşəkar bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.