• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur

24.04.2026
Mədəniyyət, Xəbərlər
Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur
Share on FacebookShare on Twitter

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyanın Milan şəhərində keçirilən 5VIE Dizayn Həftəsi çərçivəsində nümayiş olunur.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, aprelin 26-dək davam edəcək sərginin mərkəzini “Elysium” silsiləsindən (2024-2025-ci illər) xalça nümunələri təşkil edir. Bu silsilə Bakının Nardaran qəsəbəsində, həmçinin Şəmkir və Quba bölgələrində çalışan qadın sənətkarlar ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş, əllə toxunmuş 3 xalçadan (hər biri 150 x 200 sm) ibarətdir. Ekspozisiyanı “Funksionallıqdan kənar” (2024-2026-cı illər) adlı keramik qablar silsiləsi tamamlayır.

Azərbaycanın xalçaçılıq sənəti əsrlərin dərinliyindən süzülüb gələn zəngin ənənəyə söykənir və incə sənətkarlıq, özünəməxsus estetik dili ilə dünya miqyasında tanınır. Bu xalçalar yastı, təsviri kompozisiya quruluşu ilə fərqlənir, ornamentlərin ölçülü ritmi, mərkəzi sahə ilə haşiyə arasındakı ahəng və həndəsi motivlərin möhtəşəm aydınlığı bütöv vizual tarazlıq yaradır. Öz texniki mürəkkəbliyinə baxmayaraq, bu əsərlər səth və naxışa üstünlük verərək, dərinlik illüziyasından uzaqlaşan müstəvilik prinsipinə sadiq qalır.

Aida Mahmudovanın materiallarla uzun illər apardığı cəsarətli eksperimentləri bu köklü ənənələrə canlı heykəltaraşlıq nəfəsi gətirir. Laybalay işləmə texnikaları, tekstura variasiyaları və məkanla qarşılıqlı təsiri araşdırmaqla, o, tekstil sənətinin həm formal, həm də konseptual sərhədlərini genişləndirir. Rəssamın yaradıcılığında xalça sadəcə döşəmə və ya divar üçün funksional əşya deyil, taktil, məkan ilə əlaqə quran və dərin konseptual məna daşıyan heykəltaraşlıq obyektinə çevrilir.

“Funksionallıqdan kənar” silsiləsinə daxil olan keramika nümunələri rəssamın dulusçuluq və şüşə dekorativ-tətbiqi sənət növlərində apardığı eksperimental axtarışların məntiqi yekunu kimi təqdim olunur. Bu keramik qablar, ənənəvi sənətkarlıq köklərinə əsaslanaraq, məişətdə istifadə olunan gündəlik əşyalar kimi formalaşır və rəssam tərəfindən unikal, zərif dizayn obyektlərinə çevrilir. Həmin əsərlər doğma Azərbaycan torpağının bəxş etdiyi neft, kül, qum, gil və daşlardan hazırlanmış əl işi şirələrlə örtülmüşdür. Belə material yanaşması əsərləri həm fiziki mühitlə üzvi şəkildə bağlayır, həm də onların səthində bənzərsiz, dəyişkən və gözlənilməz, canlı vizual effektlər yaradır. Eyni zamanda materiya və yaddaş poeziyasına müraciət edən bu silsilə, qədim ənənələr və rəssamın müasir ifadəsi arasında incə, poetik dialoq qurur. Aida Mahmudova Azərbaycan mənzərələrinə həsr etdiyi geniş fotoarxivinə istinad edərək, şəxsən çəkdiyi görüntüləri dekal texnikası vasitəsilə keramika səthlərinə köçürür və beləliklə, şəxsi xatirələri ilə səmimi hekayələrini əsərlərə həkk edir. Nəticədə, bu qabların ritual xarakterli formaları, ən həssas xatirələri özündə daşıyan dəruni sığınacaqları kimi yenidən doğulur. Bu sadə, lakin fərqli formalar insan qəlbinin şəxsi, məhrəm və refleksiv xəritəsində rəmzi dönüş nöqtələri səssiz şahidləri kimi zamanın axarlığını təcəssüm etdirir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.