• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan-Ruanda münasibətləri – müxtəlif sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlar var

21.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan-Ruanda münasibətləri – müxtəlif sahələr üzrə əməkdaşlıq üçün geniş imkanlar var
Share on FacebookShare on Twitter

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Ruanda arasında BMT, Qoşulmama Hərəkatı və İslam əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Ruanda Prezidentinin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparılmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.

Müzakirələr zamanı ticarət, sərmayə, mədənçilik, neft-qaz, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Ruanda tərəfinin vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan “ASAN xidmət” konsepsiyası əsasında təsis edilməsinə göstərdiyi maraq yüksək qiymətləndirilib. Ruandanın Formula 1 yarışlarına hazırlıq işləri apardığı, bu sahədə ölkəmizin təcrübəsinin faydalı olduğu bildirilib. Ruandanın ölkəmizin təhsil sahəsində həyata keçirdiyi təqaüd proqramında məmnuniyyətlə iştirak etdiyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.