• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan səfiri etimadnaməsini Filippin Prezidentinə təqdim edib

15.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan səfiri etimadnaməsini Filippin Prezidentinə təqdim edib
Share on FacebookShare on Twitter

İqamətgahı Cakarta şəhərində olmaqla Azərbaycanın Filippindəki səfiri Ramil Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Ferdinand Romualdez Markosa təqdim edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Malacanang” Prezident Sarayında baş tutan mərasimdə səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Filippinin dövlət başçısına çatdırıb. Ferdinand Romualdez Markos öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Səfir Ramil Rzayev Azərbaycanın Filippin ilə dostluq münasibətlərinə yüksək dəyər verdiyini qeyd edib. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayan diplomat bildirib ki, ticarət, investisiya, təhsil və mədəni mübadilə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.

Səfir, həmçinin Filippini bu il Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrliyi münasibətilə təbrik edib və ölkəyə regional əməkdaşlığın və rifahın inkişafı istiqamətində uğurlar arzulayıb.

Təqdimetmə mərasimindən sonra Manilada yerləşən Rizal heykəli önünə əklil qoyulub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.