• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycan və Birləşmiş Krallıq enerji tərəfdaşlığının gündəliyindəki məsələləri dəyərləndirib

06.05.2026
Biznes, Xəbərlər
Azərbaycan və Birləşmiş Krallıq enerji tərəfdaşlığının gündəliyindəki məsələləri dəyərləndirib
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir səfir Fergus Auldun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin, o cümlədən enerji əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Görüşdə birgə həyata keçirilən neft-qaz və yaşıl enerji layihələrinin icrasına, həmçinin Böyük Britaniya şirkətləri ilə “yaşıl enerji dəhlizi” layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Azərbaycanla Birləşmiş Krallıq arasında uzunmüddətli enerji tərəfdaşlığından məmnunluq ifadə edilib.

Görüşdə Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsindən irəli gələn məsələlər ətrafında da fikir mübadiləsi edilib.

Söhbət zamanı Britaniya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.