• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib

12.05.2026
Biznes, Xəbərlər
Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə bp şirkəti ilə uzunmüddətli strateji enerji tərəfdaşlığı və enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığın hazırda bərpaolunan enerji, dekarbonizasiya istiqamətində genişlənməsindən məmnunluq ifadə olunub. Azərbaycan-bp tərəfdaşlığının 30 ildən çox tarixə malik olduğu və bu əməkdaşlığın mürəkkəb dövrlərdə mühüm nəticələr verdiyi vurğulanıb. Azad edilmiş ərazilərdə həyata keçirilən “Şəfəq” layihəsinin icrası, xüsusilə Cəbrayıldan “yaşıl elektron”ların virtual ötürülməsini mümkün edən mexanizmin yaradılması yüksək qiymətləndirilib. Bu mexanizmin regionda dekarbonizasiya və enerji nəqli modelində yeni mərhələyə keçidi təmin edən mühüm innovativ addım olduğu vurğulanıb.

Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlar barədə məlumat verilərək bildirilib ki, ölkəmiz ənənəvi neft — qaz ixracatçısından tədricən bərpaolunan enerji istehsalçısına çevrilir və enerji strategiyası balanslaşdırılmış yanaşmaya əsaslanmaqla neft, qaz, hidro, külək və Günəş enerjisini əhatə edir. Həmçinin Xəzər dənizinin 157 giqavat külək enerjisi potensialı, eləcə də regionlararası enerji interkonnektor layihələri də diqqət mərkəzində olub. Dünyada elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanın elektrik enerjisinin ixracını prioritet istiqamət kimi müəyyən etdiyi qeyd edilib. Bildirilib ki, gələcəkdə regionlar və ölkələr arasında əlaqələr təkcə dekarbonizasiya deyil, həm də enerji təhlükəsizliyi baxımından həlledici rol oynayacaq.

Söhbət zamanı Azərbaycan və bp arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə qarşılıqlı maraq ifadə edilib. Həmçinin qlobal enerji bazarlarında vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.