• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycan və Çexiya enerji əməkdaşlığını genişləndirir

07.05.2026
Biznes, Xəbərlər
Azərbaycan və Çexiya enerji əməkdaşlığını genişləndirir
Share on FacebookShare on Twitter

Azərbaycan ilə Çexiya arasında enerji sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun hibrid formatda ikinci iclası keçirilib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda enerji sektorunun müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan ilə Çexiya arasında enerji sahəsində formalaşmış etibarlı tərəfdaşlığın ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Çexiyanın neft tələbatının əhəmiyyətli hissəsini təmin etməklə bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsinin Avropa İttifaqının enerji təhlükəsizliyi və təbii qaz təchizatının şaxələndirilməsi baxımından strateji əhəmiyyəti vurğulanıb, bu dəhlizin Çexiya bazarının qaz təchizatında istifadəsinə maraq ifadə edilib.

İclasda enerji təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsi, yaşıl enerji keçidi və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Çexiyanın enerji səmərəliliyi sahəsində ESCO təcrübəsinə malik şirkətləri 2 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək və beynəlxalq ESCO şirkətləri ilə Azərbaycanın əsas enerji istehlakçıları arasında birbaşa əlaqələrin qurulmasına yönəlmiş dəyirmi masada iştiraka dəvət edilib.

Yekunda Birgə İşçi Qrupun ikinci iclasının protokolu imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.