• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

06.05.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb
Share on FacebookShare on Twitter

Mayın 4-5-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvador Respublikasında səfərdə olub.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycanın Xarici İşlər və Ekvadorun Xarici İşlər və İnsan Mobilliyi nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə iki kənd təsərrüfatı, biznes və sərmayələrin gələcək təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Hökuməti və Ekvador Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı “El Telegrafo” onlayn dövlət qəzetinə müsahibələr verilib.

Səfər çərçivəsində, həmçinin Ekvadorda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.