• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur

20.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə dost ölkələrimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur. Tərəflər siyasi dialoqun mövcud səviyyəsindən məmnunluqlarını bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd ediblər.

Söhbət zamanı parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi vurğulanıb. Parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin, həm də deputatlar arasında mütəmadi dialoqun bu münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi bildirilib. O cümlədən dostluq qruplarının fəaliyyətinin bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. Eyni zamanda, bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə edən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əlaqələrin daha da inkişafı barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, Parlament Şəbəkəsi həm bir sıra mühüm beynəlxalq məsələlərin müzakirəsi, həm də parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformaya çevrilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.