• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Latviya kənd təsərrüfatı sahəsində birgə fəaliyyətin gücləndirilməsini nəzərdən keçirib

14.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Latviya kənd təsərrüfatı sahəsində birgə fəaliyyətin gücləndirilməsini nəzərdən keçirib
Share on FacebookShare on Twitter

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Armands Krauze ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Latviya ilə əlaqələrin gücləndirilməsinə önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlığın Qurulmasına dair Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır. Bildirilib ki, Latviya ilə iqtisadi-ticarət tərəfdaşlığı inkişaf edir. Ötən il və bu ilin ilk iki ayı ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması da buna dəlalət edir. Bununla belə, bu sahədə daha yüksək nəticələrə nail olmaq üçün imkanlar diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanda investorlar üçün yaradılmış əlverişli fürsətlər haqqında məlumat verilib, müxtəlif istiqamətlər, o cümlədən, birgə müəssisələrin yaradılması, tranzit daşımalar, turizm və s. üzrə işbirliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər qeyd edilib.

Tərəflər ticarət, enerji, investisiya, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını dəyərləndiriblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.