• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir

08.05.2026
Xəbərlər
Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir
Share on FacebookShare on Twitter

Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, sədr Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda, hər iki dövlət arasındakı münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbuletmə proseduru, həmçinin məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Baş prokuror Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.