• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr: regional vəziyyət diqqət mərkəzində olub

29.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr: regional vəziyyət diqqət mərkəzində olub
Share on FacebookShare on Twitter

Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Monteneqronun digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də Monteneqro Universitetində dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.