• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

06.05.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Share on FacebookShare on Twitter

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro Week) iştirak edən Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ilin mart ayında özbəkistanlı həmkarı ilə Daşkənddə İtaliya-Orta Asiya-Azərbaycan Forumu çərçivəsində məhsuldar görüş keçirildiyini xatırladıb. Nazir Özbəkistanın Azərbaycanın aqrar sığorta modelinə əsaslanaraq öz modelini tətbiq etdiyini bildirib. Azərbaycanın rəqəmsallaşdırma, süni intellekt, aqrar sığorta və kənd təsərrüfatının digər sahələrində nailiyyətlərini Özbəkistan tərəfi ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Özbəkistana fındıq tinglərinin ixracının davam etdirilməsi, üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb, aqrar sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.

Sonra Aqrar Sığorta Fondu ilə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığortası Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığortası Fondunun direktoru Muratjan Açilov imzalayıblar. Sazişin məqsədi Azərbaycanın aqrar sığorta sahəsindəki təcrübəsinin Özbəkistanda tətbiqi, o cümlədən kənd təsərrüfatı sığortası sisteminin inkişafı, risklərin effektiv idarə olunması, sığorta mexanizmlərinin təkmilləşdirilməsi, innovativ sığorta məhsullarının tətbiqi, habelə sahənin rəqəmsallaşdırılması vasitəsilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsidir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.