• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

17.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb
Share on FacebookShare on Twitter

Azərbaycan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xüsusi vergi rejimi çərçivəsində Rusiya şirkətlərini investisiya layihələrində daha fəal iştiraka dəvət edir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergi, eləcə də idxalda ƏDV və gömrük rüsumlarından azadolma tətbiq olunur.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycanda sənaye zonaları Rusiya kapitallı birgə müəssisələrin inkişafında mühüm rol oynayır.

“Bu çərçivədə tikinti materialları və əczaçılıq sahələrində əməkdaşlıq genişlənir. Uğurlu Rusiya investisiya layihələri sırasında “R-Pharm” əczaçılıq zavodu, “Penopleks” izolyasiya materialları müəssisəsi və “Ağsu Şərab” bazasında “Abrau-Dyurso” layihəsi yer alır. Həmçinin “KamAz”, “Ural,” QAZ, “AvtoVAZ” və “Sollers” şirkətləri ilə birgə avtomobil istehsalı layihələri çərçivəsində minlərlə nəqliyyat vasitəsi istehsal edilir. Həmçinin Cəbrayıl rayonunda xidmət mərkəzi və Sumqayıt Kimya Sənaye Parkında “Ximgrad” layihəsi uğurla həyata keçirilir. Eyni zamanda, Ələt Azad İqtisadi Zonasında Rusiya şirkətləri tərəfindən iki istehsal layihəsi icra olunur”, – deyə Şahin Mustafayev vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda Rusiya investisiyalarının ümumi həcmi 10,7 milyard dollar, Azərbaycandan Rusiyaya yönələn investisiyalar isə 1,2 milyard dollar təşkil edir. O vurğulayıb ki, bu əməkdaşlıq artıq strateji və şaxələndirilmiş xarakter daşıyır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.