• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

30.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb
Share on FacebookShare on Twitter

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.

Tərəflər ötən il Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarətin və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.