• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub

15.04.2026
Biznes, Xəbərlər
Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub
Share on FacebookShare on Twitter

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün formalaşmış səmərəli mühit qeyd edilib. Tərəflər mövcud əməkdaşlıq potensialından daha effektiv istifadə olunmasının vacibliyini diqqətə çatdırıblar.

Müzakirələr zamanı enerji dəhlizləri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən infrastruktur və nəqliyyat layihələri, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

Görüş çərçivəsində qarşılıqlı investisiyaların təşviqi, innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.