• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycanın Antalya Diplomatiya Forumunda iştirakı Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə dəstək qazandırmağa yönəlib

21.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycanın Antalya Diplomatiya Forumunda iştirakı Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə dəstək qazandırmağa yönəlib
Share on FacebookShare on Twitter

Antalya Diplomatiya Forumu hər nə qədər yeni beynəlxalq platforma və tədbir olsa da, qısa müddətdə dünyanın ən nüfuzlu toplantılarından birinə çevrilib. Bu tədbirdə çoxlu sayda ölkədən prezidentlər, Baş nazirlər, xarici işlər nazirləri və digər nüfuzlu şəxslər iştirak edirlər. Dünyanın taleyi ilə bağlı vacib məsələlər müzakirə olunur. Onun nüfuzunu artıran əsas amillərdən biri də Forumda təmsil olunan ölkələr və nümayəndələrdir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı bildirib.

Onun sözlərinə görə, Türkiyə dövlətinin qlobal arenada artan nüfuzu fonunda beynəlxalq məsələlərin həllinə verdiyi töhfə bu tədbirin əhəmiyyətini daha da yüksəldir.

A.Aslanlı bildirib ki, Prezident İlham Əliyevin Forumda iştirakı, keçirdiyi görüşlər, çıxışları və verdiyi açıqlamalar isə bir neçə aspektdən önəmlidir: “Əvvəla, Azərbaycanın indiyədək yürütdüyü uğurlu xarici siyasət xüsusi vurğulanmalıdır. Əhalisi, ərazisi, iqtisadi və hərbi potensialı baxımından ondan qat-qat böyük dövlətlərlə müqayisədə Azərbaycan ağıllı xarici siyasət, milli təhlükəsizlik konsepsiyası və beynəlxalq iqtisadi əlaqələr xətti yürüdərək öz ərazilərini qısa müddətdə işğaldan azad etməklə dünyada nadir bir nümunə ortaya qoydu. Ardınca regional və qlobal sülh və əməkdaşlıq quruculuğuna daha çox töhfə verməyə başladı. İşğal dövründə belə, Azərbaycan beynəlxalq enerji və nəqliyyat layihələrini uğurla reallaşdırırdı. Torpaqların işğaldan azad edilməsindən sonra isə bu istiqamətdə fəaliyyətini daha da gücləndirdi. Bu baxımdan Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq tədbirdə iştirakı həmin siyasətin davam etdirilməsinə imkan yaradır. Yeni əlaqələr qurulur, yeni münasibətlər formalaşır və Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüsləri daha geniş platformada təqdim olunur”.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan daim regionda mərkəz və ya körpü rolunu oynamağa çalışıb və ölkəmiz bu rolu uğurla həyata keçirir: “Forumda iştirak, həmçinin Azərbaycan–Türkiyə, Azərbaycan–Pakistan, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Pakistan–Türkiyə, eləcə də Qazaxıstan, Türkmənistan və digər türk dövlətləri ilə mövcud platformaların dinamikliyini qorumağa imkan verir. Bu Forumda iştirak Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə daha geniş dəstək qazandırmağa yönəlib. Azərbaycan regionda sülh və sabitliyin qorunması üçün əlindən gələni edir və bu təşəbbüslərə dəstək verən ölkələr də mövcuddur. Bu kontekstdə 44 günlük Vətən müharibəsindəki Zəfərdən və 2023-cü il antiterror tədbirlərindən sonra yaranmış yeni reallığı dünyaya daha doğru çatdırmaq, o cümlədən Zəngəzur dəhlizi də daxil olmaqla, Azərbaycanın reallaşdırmaq istədiyi strateji regional layihələrə beynəlxalq dəstək qazanmaq bu cür platformalarda iştirakı xüsusi əhəmiyyətli edir”.

“Beləliklə, qısa müddət əvvəl yaranmasına baxmayaraq, Antalya Diplomatiya Forumu bütün bu məqamları təqdim etməyin vacibliyini dəqiq şəkildə göstərir”, – deyə o qeyd edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.