• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycanın gender qanunvericiliyi hüquqi bərabərliyin təmin olunmasına xidmət edir

13.04.2026
Xəbərlər
Azərbaycanın gender qanunvericiliyi hüquqi bərabərliyin təmin olunmasına xidmət edir
Share on FacebookShare on Twitter

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Fizika fakültələrinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gender qanunvericiliyinin inkişafı” mövzusunda tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Sosial elmlər və psixologiya, Fizika fakültələrinin dekanları Rövşən Cavadov və Bəxtiyar Paşayev qeyd ediblər ki, Azərbaycanda gender problemlərinə hər zaman xüsusi diqqət ayrılıb, qadınların cəmiyyətdə layiqli yer tutması üçün normativ- hüquqi baza formalaşdırılıb, institusional mexanizmlər yaradılıb. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olub.

BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abasova, Gender və tətbiqi psixologiya kafedrasının müdiri professor Rəna İbrahimbəyova geniş məruzə ilə çıxış ediblər. Bildirilib ki, Azərbaycanda gender qanunvericiliyi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə formalaşmağa başlayıb və bu sahədə mühüm qanunvericilik bazası yaradılıb. Xüsusilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu dövlət gender siyasətinin formalaşdırılmasına, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına hüquqi və praktik zəmin yaradıb. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Bu qanunlar ictimai həyatın bütün sahələrində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına, bərabər imkanların yaradılmasına və hüquqi bərabərliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin sosial müdafiəsi və hüquqi yardımla təmin olunması istiqamətində mühüm mexanizmlər müəyyənləşdirilib.

Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, professorlar – Ziba Ağayeva, Rəna Mirzəzadə, Zemfira Hacıyeva, Lalə Möhsümova və Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov qanunvericiliklə yanaşı, cəmiyyətdə düşüncə tərzinin dəyişməsinin də vacib olduğunu vurğulayaraq, maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.