• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

21.04.2026
SİYASƏT, Xəbərlər
Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib
Share on FacebookShare on Twitter

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov səfir Hamiltona bu vəzifəyə təyin olunması münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanla NATO arasında tərəfdaşlıq alətlərinin, birgə layihələrin əməkdaşlıq perspektivlərinin inkişafı üçün faydaları qeyd olunub.

Ötən ilin noyabr ayında NATO üzv ölkələri səfirlərinin ölkəmizə səfəri məmnunluqla xatırlanıb, bu kimi səfərlərin olduqca faydalı olduğu bildirilib.

Nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, Ermənistan ilə postmünaqişə dövründə normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri, habelə davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar barədə tərəf-müqabilinə məlumat verib.

Eyni zamanda, beynəlxalq təhlükəsizlik mühitində müşahidə olunan çağırışlar, o cümlədən geosiyasi gərginliklər və regional münaqişələr barədə fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.