• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

23.04.2026
Mədəniyyət, Xəbərlər
AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Share on FacebookShare on Twitter

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, AZƏRTAC-ın Uşaq Bilik Portalının və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Milli adət-ənənələr və bayramlar” mövzusunda rəsm müsabiqəsinin qalibləri aprelin 23-də mükafatlandırılıb. Tədbirdə müsabiqənin qalibləri, onların valideynləri və agentliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə iştirakçılar agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.

Uşaq Bilik Portalında cizgi filmlər, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materiallar yerləşdirilir. Eyni zamanda, portalda uşaq yaradıcılığı rubrikası var ki, uşaqların çəkdikləri rəsmlər, yazdıqları nağıllar, şeirlər və digər bacarıqları haqqında məqalələr hazırlanır və yayımlanır. İzləyicilər uşaqların maraq dairəsinə daxil olan tədbirlər haqqında operativ xəbərlər də əldə edə bilərlər. Məktəblilər üçün burada Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi və kino, incəsənət və digər sahələr barədə ətraflı məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook” səhifələrində də izləmək mümkündür.

Vurğulanıb ki, bu cür layihələr uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır.

Kollektiv adından müsabiqə qalibləri təbrik edilib və onlara yaradıcılıq uğurları arzulanıb.

Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.

Müsabiqədə Azərbaycan üzrə 8–11 yaş kateqoriyasında I yerə Kövsər Qurban, II yerə Əli Bənnayev, III yerə isə Abdurrahman Səlimli layiq görülüb. 12–15 yaşlılar arasında isə I yeri Mikayıl Həbibullahlı, II yeri Fərəh Əkbərzadə, III yeri isə Türkan Abbaszadə qazanıb.

Özbəkistan üzrə 8–11 yaş kateqoriyasında I yerin qalibi Ruşana Şirinova, II yerin qalibi Ruşana Davletşina, III yerin qalibi isə Nafisaxon Mirzohidova olub. 12-15 yaşlılar arasında isə I yeri Arsen Puzerenko, II yeri Maryamxon Yakubova, III yeri David Burıy tutub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.