Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku davam edir.
Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 31 ölkədən gimnastlar bacarıqlarını nümayiş etdirirlər.
Yarışın üçüncü günündə qrup hərəkətləri komandalarında 5 top, 3 halqa və 2 gürz proqramları üzrə mükafatçılar müəyyənləşib.
5 top proqramında İsrail qızıl, AİN1 gümüş, İtaliya bürünc medal qazanıb. 3 halqa və 2 gürz proqramında isə AİN 2 qızıl, AİN1 gümüş, Ukrayna bürünc mükafata sahib çıxıb.
Avropa Kuboku mayın 3-dək davam edəcək.
Fortunamag.az
