• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib

06.05.2026
Biznes, SİYASƏT, Xəbərlər
Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib
Share on FacebookShare on Twitter

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, su təchizatı və digər istiqamətlərdə reallaşdırılan layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində, özəl sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb.

Ticarət və regional inteqrasiyanın, qlobal əlavə dəyər zəncirlərinə çıxışın, sabit makroiqtisadi mühitin ölkəmizi xarici investorlar üçün cəlbedici investisiya məkanına çevirdiyi qeyd olunub. Bildirilib ki, toplantıların Bakıda təşkili ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda daha da tanıdılmasına töhfə verəcək.

İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir toplantıların tərəfdaşlıqların gücləndirilməsi və qrupa üzv ölkələrdə dayanıqlı inkişafı təşviq edəcək innovativ həllərin irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantılar, eyni zamanda, qlobal çağırışların birgə müzakirəsi və ortaq inkişaf üçün yeni imkanların müəyyən edilməsi üçün mühüm platformadır.

Görüşdə Bakıda keçiriləcək İİB Qrupunun İllik Toplantılarının rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğu bəyan edilib.

Tərəflər İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, iqtisadiyyat, o cümlədən maliyyə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İİB Qrupunun 51-ci İllik Toplantıları 16-19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək. İnkişaf üzrə dialoq üçün aparıcı qlobal platforma rolunu oynayacaq tədbirlərdə maliyyə, iqtisadiyyat və digər sahələr üzrə məsul nazirlər, beynəlxalq maliyyə institutlarının və özəl sektorun rəhbər şəxsləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.