• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Bakıda tanınmış bəstəkar Gennady Rovnerin əsərləri səsləndirilib

24.04.2026
Mədəniyyət, Xəbərlər
Bakıda tanınmış bəstəkar Gennady Rovnerin əsərləri səsləndirilib
Share on FacebookShare on Twitter

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə bəstəkar Gennady Rovnerin əsərlərindən ibarət möhtəşəm konsert proqramı baş tutub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertin əvvəlində Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova bəstəkarın yaradıcılığı və təqdim ediləcək əsərlər haqqında ətraflı məlumat verib.

Proqramın birinci hissəsində bəstəkarın “Metamorfozlar” əsəri (doqquz hissədə) səsləndirilib. İfa zamanı dinləyicilər əsərin dərin fəlsəfi məzmunu və zəngin musiqi dili ilə yaxından tanış olublar. Əsərdə solistlər – Nəzrin Aslanlı (violin), Nigar Cəfərova (soprano), həmçinin solo partiyalarda Zaman Həsənov (alt saksofon) və Boris Paşkin (akkordeon) uğurlu çıxışları ilə fərqləniblər.

Konsertin ikinci hissəsində bəstəkarın piano, simli kvartet və orkestr üçün “Anabasis” əsərinin dünya premyerası təqdim olunub. Dörd hissədən ibarət bu əsər musiqisevərlər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Solist qismində pianoçu Murad Adıgözəlzadə çıxış edib. Simli kvartetin tərkibində Şəhla İbrahimova və Nigar Vəliyeva (violin), Bəxtiyar Axundov (viola) və Əyyub Əliyev (violonçel) yer alıblar.

Gecə yüksək peşəkarlıqla təqdim olunan ifalar, müasir musiqi üslubunun parlaq nümunələri və dünya premyerası ilə yadda qalıb.

Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.