• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

20.04.2026
SİYASƏT, Xəbərlər
Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı Federal Assambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, parlamentlər dialoq və qarşılıqlı anlaşmaya töhfə verən strukturlardır. Bu mənada, qarşılıqlı təmaslar maraq doğuran məsələlərin müzakirəsində xüsusi rol oynayır. Bu çərçivədə PAİ-nin xüsusi rolu vurğulanıb. Diqqətə çatdırılıb ki, PAİ həmişə dialoqa, ümumi səylərə xidmət edir. Qeyd olunub ki, parlamentarilər arasında təmaslar bir-birini daha yaxşı başa düşmək, vacib məsələləri müzakirə etmək imkanı yaradır. Sahibə Qafarova bu gün Azərbaycanla Belçika arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Milli Məclisin sədri regionumuzda baş verən proseslər və Azərbaycan-Ermənistan normallaşma prosesi haqda qarşı tərəfə məlumat verib. O, məsələlərə birtərəfli və qərəzli yanaşmaların normallaşma prosesinə mane olduğunu qeyd edib.

S.Qafarova Ermənistan parlamentinin sədri ilə görüşünün də, əslində, qarşılıqlı etimadın gücləndirilməsinə yönəldiyini diqqətə çatdıraraq, parlament diplomatiyasının məhz belə məqsədlərə xidmət etməli olduğunu vurğulayıb.

Söhbət zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.