• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib

27.04.2026
SİYASƏT, Xəbərlər
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib
Share on FacebookShare on Twitter

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun Almaniyada yaşayan soydaşlarımızla görüşü keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə təşkil olunan görüş xaricdə yaşayan azərbaycanlıların milli-mədəni bağlarının möhkəmləndirilməsi və Azərbaycan incəsənətinin təbliği baxımından əlamətdar hadisə olub. Görüş, eyni zamanda, mədəniyyətin coğrafi sərhədləri aşaraq milli kimliyin qorunmasında oynadığı rolu bir daha nümayiş etdirib.

Tədbir Fəxrəddin Manafovun rol aldığı film və tamaşalardan müxtəlif fraqmentləri əks etdirən videomaterialların nümayişi ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Emin Salayev çıxışında bildirib ki, belə görüşlərin təşkili xaricdə yaşayan azərbaycanlılar arasında milli birliyin və mədəni bağların daha da möhkəmlənməsinə xidmət edir. Fəxrəddin Manafov kimi görkəmli sənətkarlarla birbaşa ünsiyyət həm diasporumuzun üzvlərinin fəallığını, həm də gənc nəslin Azərbaycan mədəniyyətinə və incəsənətinə marağını artırır.

Görüşdə Xalq artisti Fəxrəddin Manafov yarım əsrə yaxın yaradıcılıq yoluna nəzər salaraq, Azərbaycan kino və teatr məktəbinin formalaşmasında iştirak etdiyi mərhələlərdən bəhs edib, sənətin yalnız estetik deyil, həm də mənəvi məsuliyyət daşıdığını xüsusi vurğulayıb. O bildirib ki, səhnədə və ekran qarşısında qazanılan uğurun əsasında sənətə sədaqət, peşəyə hörmət və daim öz üzərində çalışmaq dayanır. Sənətkar iştirakçıların suallarını cavablandıraraq müxtəlif obrazların yaradılması prosesindən, aktyor sənətinin incəliklərindən və bu yolun daxili intizam tələb edən tərəflərindən söz açıb.

Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, tədbirin təşkilində iştirak edən diaspor fəalı Bella Salayeva çıxışlarında belə görüşlərin diaspor mühitində milli-mədəni yaddaşın qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bu cür görüşlərin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə canlı ünsiyyət üçün imkan yaratdığı və onun xaricdə daha geniş tanıdılmasına töhfə verdiyi vurğulanıb.

Səmimi və işgüzar mühitdə keçən görüşdə Fəxrəddin Manafov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.